Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/legalexpertaz/www/expertises.php on line 71
MÜSTƏQİL EKSPERTİZA MƏRKƏZİ

Tikinti-texniki ekspertizası mülki işlər üzrə

Mülki işlər üzrə keçirilən məhkəmə tikinti-texniki ekspertizasının səlahiyyətlərinə aşağıdakı məsələlər daxildir:

- yaşayış evlərinin paylar üzrə real bölgüsünün texniki cəhətdən mümkünlüyünün (payın ayrılması) müəyyən edilməsi;

- yaşayış evinin bütünlükdə və ya onun ayrı-ayrı hissələrinin qiymətlərinin (dəyərlərinin) müəyyən edilməsi;

- həyətyanı torpaq sahələrindən isifadə olunması qaydalarının müəyyən edilməsi;

- qarajların, bağ sahələrindəki tikililərin və qurğuların inşasının və ona sərf olunmuş tikinti materiallarının dəyərlərinin müəyyən olunması;

- yaşayış evlərinin mərtəbələrarası örtük panelləri konstruksiyalarından suyun sızma səbəbləri, konstruktiv elementləri bərpa etmək üçün lazım olan təmir işlərinin dəyərinin müəyyən olunması;

- yaşayış evlərində və mənzillərdə gizli nöqsanların (nəmlik, rütubət, kif və s.)  əmələ gəlmə səbəblərinin müəyyən olunması;

- mənzillərdə əlavə tikinti işləri aparılması nəticəsində həmin mənzillərdən təcrid mənzillər yaradılmasının mümkünlüyü;

- yaşayış evlərinin, mənzillərin, qeyri yaşayış sahələrinin ümumi sahələrinin müəyyən edilməsi.

Mülki işlər üzrə keçirilən məhkəmə tikinti-texniki ekspertizasına aşağıdakı materiallar və məlumatlar təqdim olunmalıdır:

– mübahisəli mülkün və ya mənzilin, eləcə də torpaq sahəsinin texniki pasportu və plan-sxemi;

– hər hansı bir obyektdə aparılmış təmir-tikinti işlərinə dair qüsur aktları, 2№-li icra aktları və layihə-smeta sənədləri;

– mübahisəli obyektin ilkin vəziyyətinin plan sxemi;

– tərəflərin hər hansı birinin, mübahisəli obyektə dair təklif etdikləri bölgü variantları;

– mənzilə su sızması barədə müvafiq orqanın (məs: mənzil-istsmar sahəsinin) əməkdaşları tərəfindən tərtib olunmuş aktlar və arayışlar.

Torpaq sahələri üzrə keçirilən məhkəmə tikinti-texniki ekspertizasına aşağıdakı materiallar və məlumatlar təqdim olunmalıdır:

- Torpaq sahəsinin ayrılmasına dair sərəncam (dövlət, bələdiyyə) və s;

- Torpaq sahəsinin ilkin ayrılmasına dair texniki pasport, plan sxem, ayrıc aktı, şəhadətnamə, kadastr planı, çıxarış və s;

- Torpaq sahəsinin ilkin vəziyyətinin plan sxemi;

Mülki işlər üzrə keçirilən məhkəmə tikinti-texniki ekspertizasının tədqiqat obyektləri aşağıdakılardır:

- fərdi yaşayış evi, mənzil, bina və qurğular, qeyri yaşayış sahələri, torpaq sahələri, fabrik və zavodlar, istehsal və qeyri-istehsal sahələri.

Mülki işlər üzrə keçirilən məhkəmə tikinti-texniki ekspertizasının tədqiqatının aparılması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

–mübahisəli yaşayış və qeyri yaşayış sahəsinin təsdiq edilmiş texniki lahiyə sənədləri, texniki pasportu, dövlət reyestrdən çıxarış, vərəsələr tərəfindən evin bölgüsü barədə təklif olunmuş variantlar göstərilməklə iddia ərizəsi, torpaq sahəsinə dair plan ölçü, şəhadətnamə, dövlət aktı.

Mülki işlər üzrə keçirilən məhkəmə tikinti-texniki ekspertizasının təyini zamanı işin hallarından və tədqiqat obyektlərinin xarakterindən asılı olaraq aşağıdakı kimi suallar qoyulur:

- Tədqiq olunan evin, mənzilin, qeyri yaşayış sahəsinin və.s ümumi sahəsinin müəyyən edilməsi və həmin tikiliyə dair sənədlərdə göstərilən sahəyə uyğun olub-olmaması?

- Tədqiq olunan evin (yaşayış və həyətyanı tikililər nəzərə alınmaqla) dəyəri nə qədərdir?

- Evin, mənzilin, qeyri yaşayış sahəsinin və.s ideal paylar üzrə texniki cəhətdən hansı variantlarda bölmək mümkündür (iki, üç və s. hissələrə)?

- Evin mümkün olan variantda bölgüsü zamanı hansı yenidənqurma işləri görmək lazımdır və onların dəyəri nə qədərdir (evin yaşayış-təsərrüfat təyinatı saxlanılmaqla)?

- Evin, mənzilin, qeyri yaşayış sahəsinin və s. texniki cəhətdən bölünmüş hissələrinin dəyəri nə qədərdir?

- İdeal paydan əlavə real pay fərqinə görə pul şəklində ödənilmə qaydası üzrə tərəflərə düşən evin hissəsinin dəyəri nə qədərdir?

- Tədqiq olunan evin, mənzilin, qeyri yaşayış sahəsinin və s. aşınma dərəcəsi nə qədərdir?

- Paylar üzrə evin bölünməsinin mümkün variantları nəzərə alınmaqla, həyətyanı torpaq sahəsindən istifadə edilməsi qaydaları müəyyənləşdirilsin.

- Evin, mənzilin, qeyri yaşayış sahəsinin və.s yaşayış üçün yararlı olub-olmamasını müəyyən etmək.

- Tədqiq olunan mənzilə su sızmasının texniki səbəbi nə olmuşdur?

- Su sızması nəticəsində mənzildə hansı zədələr əmələ gəlmişdir və onların aradan qaldırılması üçün hansı məbləğdə təmir-tikinti işləri aparılmalıdır?

- Tədqiq olunan mənzillər təcrid yoxsa sıxlaşdırılmış mənzillərdir?

- Mənzillərdə əlavə tikinti işləri aparılmaqla, onlardan təcrid mənzillər yaratmaq mümkündürmü?

 

Torpaq sahələri üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyini zamanı işin hallarından və tədqiqat obyektlərinin xarakterindən asılı olaraq aşağıdakı kimi suallar qoyulur:

Torpaq sahəsinin yerləşdiyi yeri, sərhədlərini, döngə nöqtələrini, koordinatlarını naturada yerində müəyyən edilməsi;

Torpaq sahələrinin ona dair sənədlərdə göstərilən koordinatlarla üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi;

Torpaq sahəsinin qiymətləndirilməsi;

Torpaq sahəsi üzrə payların müəyən edilməsi;

Torpaq sahəsinin naturada paylara uyğun bölünməsi;

Tərəflərin hər hansı birinin, mübahisəli obyektə dair  təklif etdikləri bölgü variantları;

Torpaq sahəsinin hansı hissədə və ölçüdə zəbt olunub-olunmaması;

Torpaq sahəsinin əkin üçün yararlı olub-olmaması;

ƏVVƏLƏ QAYIT
Bağla Yaxınlaşdır